Ermənistan-Azərbaycan sərhədi ilə bağlı bu məsələ Brüsseldə müzakirə olunacaq

Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının tərkibinin genişləndirilməsi məsələsi bu ilin sonuna qədər Brüsseldə müzakirə olunacaq.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının rəhbəri Markus Ritter jurnalistlərə açıqlamasında deyib.

Ritter hazırda Müşahidə Missiyasına Aİ üzvlərindən 23 ölkənin nümayəndələrinin daxil olduğunu vurğulayaraq, Missiyanın Aİ-yə üzv olan 27 ölkənin hamısının nümayəndələrinin daxil olması ehtimalının olduğunu əlavə edib.

"Missiyanın genişləndirilməsi məsələsi ilin sonuna qədər Brüsseldə müzakirə olunacaq. Nəticələri gözləməliyik. Ancaq əvvəllər deyildiyi kimi, hazırda burada baş verənlərə görə bu missiyaya böyük siyasi diqqət yetirilir".