Ermənistan Azərbaycanın sülh sazişi üzrə növbəti təklifinə cavab verdi

Ermənistan Azərbaycan tərəfinin sülh sazişi üzrə növbəti təklifinə cavab verib.

Ermənistan Azərbaycanın sülh sazişi üzrə növbəti təklifinə cavab verdi
Ermənistan Azərbaycan tərəfinin sülh sazişi üzrə növbəti təklifinə cavab verib.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində diplomatik səylərin gücləndirilməsi ilə bağlı açıqlamasından sonra Ermənistan tərəfinin sülh sazişi üzrə altıncı təkliflər paketini Azərbaycana təqdim etdiyi və bundan əvvəl bəyan olunmuş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədi yekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiq olduğu deyilir.