Ermənistan DİN Qarabağdan gələn erməni sakinlərə müraciət etdi

Ermənistanın daxili işlər naziri Vahe Qazaryan Azərbaycanın Qarabağ bölgəsindən bu ölkəyə getmiş erməni sakinləri özləri ilə gətirdikləri odlu silahları təslim etməyə çağırıb.

meqale.com APA-ya istinadən bildirir ki, parlamentdə çıxış edən Qazaryan qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana müəyyən miqdarda silah və sursat daşınıb.

Nazir bildirib ki, silahların könüllü təhvil verilməsi halları var: "Belə ki, üç gün ərzində 4 avtomat və üç hamar lüləli odlu silah təhvil verilib".