Ermənistan hərbi xərclərini artırır

Ermənistan gələn il hərbi xərclərini artıracaq.

Ermənistan hərbi xərclərini artırır
Ermənistan gələn il hərbi xərclərini artıracaq.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə ölkənin maliyyə naziri Vaqe Hovannisyan parlamentdə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Ermənistan büdcəsindən müdafiə xərcləri üçün ayrılacaq vəsait 2024-cü ildə 1,4 milyard dolları keçəcək.

"2024-cü ildə Ermənistanın müdafiə büdcəsi 555 milyard dram (təxminən 1,4 milyard dollardan artıq) təşkil edəcək ki, bu da 2023-cü illə müqayisədə 7 faiz çoxdur", - Hovannisyan bildirib.

Erməni nazir həmçinin əlavə edib ki, müdafiə xərcləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) 5,3 faizini təşkil edəcək. meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun