"Ermənistan iqtisadi baxımdan Rusiyadan asılıdır" - Erməni deputat
Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatı Babken Tunyan ölkəsinin iqtisadi baxımdan Rusiyadan asılı olduğunu bildirib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, deputat bunu Ermənistanın ictimai televiziyasının efirində deyib.
"Biz bütün mənalarda - enerji daşıyıcıları, bazarlar, xaricdən gələn pullar və Rusiyada işləyən Ermənistan vətəndaşları baxımından Rusiyadan asılıyıq", - deyə o qeyd edib.
Deputatın sözlərinə görə, bir ölkədən asılı olmaq həmin ölkə ilə münasibətdən asılı olmayaraq daima təhlükə mənbəyidir. Bununla yanaşı o siyasi ixtilafların Ermənistan iqtisadiyyatına mənfi təsir göstərməyəcəyinə ümid etdiyini bildirib.
B.Tunyan Ermənistanın iqtisadiyyatını diversifikasiya etməyə çalışdığını qeyd edib.