Ermənistan "konserv bankaları"na güvənib prosesi uzadır? - Bakıdan sərt reaksiya
Bir neçə gün əvvəl homoseksualın baş nazir təyin olunduğu Fransa Azərbaycana qarşı açıq şəkildə təbliğat aparır. Dövlət strukturunun rəhbər vəzifələrində geylərin yer aldığı ölkə Azərbaycanı daim pisləməyə çalışır. Bizim uğurlarımızı həzm edə bilməyən Fransa ermənilərdən daha çox erməni kimi davranaraq Azərbaycana qarşı kinini aşkar şəkildə elan edir.
Fransızlarda ermənipərəstlikdən əlavə onlarla oxşarlıq da var. Xurşidbanu Natəvanın Fransada heykəlinin təhqir olunması ilə ermənilərin Natəvanın Ağdamdakı məzarını qazmaları arasında müəyyən eynilik var. Natəvanın heykəlinin təhqir edilməsi, onun sellofana bükülməsi, bu şəhər ilə İsmayıllı arasında qardaşlıq sazişinin ləğv edilməsi kimi cılız hərəkətlər mənəvi deqradasiyanın dibidir. Bu kimi davranışlar deməyə əsas verir ki, onlar praktik olaraq ermənilərdən az fərqlənirlər.
Fransanın Azərbaycana qarşı kini düşmənimizi silahlandırmasında da aşkar görünür. Aydın məsələdir ki, Cənubi Qafqazda sabitliyin pozulması üçün əlindən gələni edən Fransa eyni anda bölgədə Rusiyanın mövqeyini də zəiflətməyə çalışır ki, bu məqsədi uğruna Ermənistanı da "qurban" seçib. Ermənistan isə bunun fərqində deyil və Fransanın ona verdiyi, hazırda çətin şəraitdə olan Ukraynanın belə istəmədiyi sınıq-salxaq "Bastion"ları "qardaş dəstəyi" kimi qəbul edir. Halbuki, ölkə başçısının da yerli televiziya kanallarına müsahibəsi zamanı bildirdiyi kimi, "Bastion"lar konserv bankalarından başqa bir şey deyil.
Bakı müharibənin tərəfdarı olmayıb, bundan sonra da döyüş istəmir. Əksinə, Azərbaycan tərəfi sülh müqaviləsinin ən qısa zamanda həllinin tərəfdarıdır. Rəsmi Bakı istəyir ki, problem kökündən həll olunsun, eyni proseslər illər sonra təkrarlanmasın. Ölkə başçısının da müsahibəsində qeyd etdiyi kimi məhz bu səbəbdən, yəni problemi kökündən həll etmək məqsədi ilə milli məsələmiz olan Qarabağ uğruna döyüşlər oldu, torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüzü tamamladıq.
Bu gün Rəsmi Bakı sülh istəyir. Prezident müsahibəsində bildirib ki, sülh müqaviləsinin hansı ölkədə imzalanması ilə bağlı sanki yarış gedir. Lakin, biz sülh müqaviləsinin imzalanması prosesində zəmanətçilərə ehtiyac duymuruq. Bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, Rəsmi Bakı buna da etiraz etmir. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Ölkə başçısının da qeyd etdiyi kimi, əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq.
İslam meqale.com