Ermənistan NATO-ya attaşe göndərir - Papikyan

Ermənistan NATO-dakı missiyasında, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanlığında və ATƏT-dəki nümayəndəliyində müdafiə məsələləri üzrə attaşe vəzifəsi təsis edib.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan qərar imzalayıb.

Papikyan attaşelərin Ermənistanın NATO-dakı missiyasında, mənzil-qərargahı Belçikanın Mons şəhərində yerləşən NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanlığında və ATƏT-dəki nümayəndəlikdə fəaliyyət göstərəcəyini bildirib.