Ermənistan ordusu "Ura!" hərbi komandasından imtina edir

Ermənistan ordusunun şəxsi heyəti "Ura!" hərbi komandasından imtina edir.

Ermənistan ordusu
Ermənistan ordusunun şəxsi heyəti "Ura!" hərbi komandasından imtina edir.

meqale.com APA-ya istinadən bildirir ki, bu müddəa ölkənin yeni Hərbi Nizamnaməsində əksini tapıb.

Ölkənin Müdafiə Nazirliyindən bildirilib ki, bununla bağlı qanun layihəsi hazırda müzakirə mərhələsindədir.

Bu hərbi komanda SSRİ-nin mövcudluğu dövründə bütövlükdə postsovet məkanında istifadə olunub.