Ermənistan polisindən XƏBƏRDARLIQ: xüsusi vasitələr tətbiq olunacaq
Ermənistan polisi "Vətən uğrunda Tavuş" hərəkatının hökumət əleyhinə aksiyasının iştirakçılarına xüsusi vasitələrdən istifadəyə hazır olduqları barədə xəbərdarlıq edib və qadınlardan hadisə yerini tərk etmələrini istəyib. Bu, etirazçılarla polis arasında dava başladıqdan sonra baş verib.
meqale.com report.az-a istinadən xəbər verir ki, hadisə yerindən görüntüləri yerli portallar yayımlayır.
"Sizin hərəkətləriniz qanunsuzdur. Polis xüsusi vasitələrdən istifadə etməyə hazırdır. Qadınlardan gərginlik zonasını tərk etmələrini xahiş edirik", - polis məmurlarından biri deyib.