Ermənistan Qərbin xəbərdarlığına məhəl qoymadı - Rusiyaya ixracın həcmi xeyli artdı
Ermənistandan Rusiyaya ixracın son 4 il üzrə yanvar-may ayları ərzində dəyəri məlum olub.
meqale.com Trend-ə istinadən Ermənistandan Rusiyaya ixrac edilən malların geridə qalan 4 ilin ilk 5 ayı ərzində edilən ixracın maliyyə dəyərini təqdim edir:
- 2020-ci il yanvar-may ayları: 0,220 milyard dollar - 2021-ci il yanvar-may: 0,292 milyard dollar - 2022-ci il yanvar-may: 0,391 milyard dollar - 2023-cü il yanvar-may: 1,314 milyard dollar
Rəqəmlərdən də aydın görünür ki, Ermənistan hər ötən il Rusiyaya ixracını daha da artırır. Xüsusilə də son ilin rəqəmlərindən açıq şəkildə görünür ki, rəsmi İrəvan ən azı 1 milyard həcmində ixracda artım edib.
Göründüyü kimi, ABŞ-ın və Qərbin xəbərdarlıqlarına baxmayaraq, Ermənistan Rusiyaya sanksiyalardan yayınmağa kömək etməkdə davam edir. Rəsmi İrəvan təzyiqlərin yetəri qədər böyük olmamasından istifadə edərək, heç bir şifahi xəbərdarlığa məhəl qoymur.