Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri Bakıya gələcək - Foruma qatılacaq
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Bakıda keçiriləcək forumda iştirak edəcək.
meqale.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda təşkil olunan forumda iştirak edəcək.
Ermənistan nümayəndə heyətinin sentyabrın 19-21-də Bakıda keçiriləcək üçüncü beynəlxalq təhlükəsizlik forumunda iştirak edəcəyi bildirilir.
meqale.com