Ermənistan Vardanyanın bankının satılmasına razılıq verdi
Ermənistan Mərkəzi Bankı separatçı erməni milyarder Ruben Vardanyana məxsus "Ameriabank" QSC-nin "Bank of Georgia Group"a satılmasına ilkin razılıq verib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Bankının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, qərar bankın Şurasının dünənki iclasında qəbul olunub.
Xatırladaq ki, ötən ay erməni KİV "Ameriabank"ın "Bank of Georgia Group" tərəfindən 303,6 milyon ABŞ dollarına satın alındığı barədə məlumat yaymışdı.