Ermənistan və Fransa müdafiə nazirləri İrəvanda görüşdü
Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda səfərdə olan fransalı həmkarı Sebastyan Lekornu ilə görüşüb.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan MN-in mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Sebastyan Lekornu dünən İrəvana səfərə gedib və bu, Fransa müdafiə nazirinin Ermənistana tarixdə ilk səfəridir.