Ermənistan vətəndaşına Zəngəzurda qanunsuz əməllərinə görə cinayət işi açıldı

Ermənistanda prokurorluq Zəngəzur Mis-Molibden Kombinatının səhmləri ilə dələduzluq edən şəxsə qarşı cinayət işi açıb.

Ermənistan vətəndaşına Zəngəzurda qanunsuz əməllərinə görə cinayət işi açıldı
Ermənistanda prokurorluq Zəngəzur Mis-Molibden Kombinatının səhmləri ilə dələduzluq edən şəxsə qarşı cinayət işi açıb.

meqale.com Trend-ə istinadən bildirir ki, bunu erməni KİV-i məlumat verib.

Dələduzluqda ittiham olunan şəxsin ikili vətəndaşlığa malik olması qeyd olunub, belə ki, Ermənistanla yanaşı, həm də İsveçrə vətəndaşıdır.

Məlumata görə, sözügedən şəxs cinayət yolu ilə əldə olunan əmlakın qanuniləşdirilməsində və çirkli pulların yuyulmasında ittiham olunur. İstintaq məlumatlarına görə, o 2018-ci ildə Zəngəzur Mis-Molibden Kombinatının səhmlərinin 12,5% faizinə sahib olub, lakin əslində səhmlər Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyana məxsus olub.

İşin materiallarında qanunsuz sövdələşmələrin həyata keçirildiyi və 35 milyon dollardan yuxarı məbləğdə çirkli pulların əldə edildiyi qeyd olunub. İttiham olunan şəxs axtarışdadır.