Ermənistan "xeyriyyə qurumları" adı altında Fransadan dəstək almağa davam edir

Ermənistan "xeyriyyə qurumları" adı altında Fransadan dəstək almağa davam edir.

Ermənistan
Ermənistan "xeyriyyə qurumları" adı altında Fransadan dəstək almağa davam edir.

meqale.com Trend-ə istinadən bildirir ki, erməni KİV-lərində Fransanın İrəvandakı səfirliyinin açıqlaması yayılıb.

Açıqlamada Fransanın özünün Fransa İnkişaf Agentliyi (AFD) vasitəsilə Erməni Ümumi Xeyriyyəçi Birliyini (AGBU) Sünikdə səhiyyə sisteminin yaxşılaşdırılmasında dəstəklədiyi qeyd olunub.

Qeyd edək ki, Ermənistanın "Ermənistan Fondu", AGBU, "Ontarionun erməni Kanada Tibb Birliyi", "Erməni Kömək Fondu", "Tufenkian" vəqfi, "Erməni Kömək Dərnəyi" kimi "xeyriyyə qurumları" adı altında öz silahlı qüvvələrinə vəsait topladığı sirr deyil.