Ermənistanda etirazçılar özlərini zəncirlə bağladı - VİDEO - FOTO
"Vətən uğrunda Tavuş" hərəkatının iştirakçıları üç gün əvvəl Xarici İşlər Nazirliyinin binası yaxınlığında saxlanılan tərəfdarlarının azad edilməsi tələbi ilə Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında qeyri-adi etiraz aksiyası keçiriblər.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Sputnik-Armeniya" məlumat yayıb.
Bundan əvvəl vəkil Ruben Melikyan qeyd edib ki, mayın 31-də Ermənistan Xarici İşlər Nazirliyində saxlanılan vətəndaşlara qarşı hələ də qanunla müəyyən edilmiş qaydada ittiham irəli sürülməyib. Bu o deməkdir ki, 72 saat həbsdən sonra onların hamısı azadlığa buraxılmalıdır.