Ermənistanda hərbçi güllələndi
Ermənistan Müdafiə Nazirliyinin hərbçisi Geqarkunik rayonundakı hərbi hissələrdən birində güllələnib.
meqale.com xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Yaralı hərbçi İrəvandakı "Muratsan" Hərbi Hospitalına yerləşdirilib. O, əməliyyat olunub.
Faktla bağlı cinayət işi başlanıb.