Ermənistanda İES-də partlayış - 1 ölü, 6 yaralı var - YENİLƏNİB

***** ​19:20

Ermənistanda İES-də partlayış - 1 ölü, 6 yaralı var - YENİLƏNİB
***** ​19:20

Ermənistanın ən böyük istilik elektrik stansiyası olan Razdan İstilik Elektrik Stansiyasının ərazisindəki zavodda baş vermiş partlayış nəticəsində azı bir nəfər ölüb, beş nəfər yaralanıb.

TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Xilasedicilərin sözlərinə görə, partlayışdan sonra altı nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri daha sonra xəstəxanada ölüb.

***** 19:01

Ermənistanın Hrazdan istilik elektrik stansiyasında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 5-i xəsarət alıb.

meqale.com bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Partlayışın İES ərazisində fəaliyyətdə olmayan tökmə sexində baş verdiyi bildirilib.

Əraziyə xilasedicilər cəlb edilib, partlayışın səbəbləri araşdırılır.