Ermənistanda kütləvi həbslər başladı - Yenilənib

14:40 Ermənistanda maddi maraq qarşılığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbəri olduğu "Vətən Uğrunda Tavuş" hərəkatının mitinqlərinə cəlb etməkdə şübhəli bilinən 11 nəfərdən ikisinə qarşı cinayət işi qaldırılıb.

Ermənistanda kütləvi həbslər başladı - Yenilənib
14:40 Ermənistanda maddi maraq qarşılığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbəri olduğu "Vətən Uğrunda Tavuş" hərəkatının mitinqlərinə cəlb etməkdə şübhəli bilinən 11 nəfərdən ikisinə qarşı cinayət işi qaldırılıb.

meqale.com APA-ya istinadən bildirir ki,  bu barədə adıçəkilən ölkənin İstintaq Komitəsi məlumat yayıb.

İlkin araşdırma zamanı onların mitinqə çağırdığı şəxslərin hər birinə 10-30 ABŞ dolları arasında pul vəsaitləri verdiyi ortaya çıxıb.

Qeyd olunub ki, hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

------------- 13:15 İrəvanda kütləni maddi maraq qarşılığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbəri olduğu "Vətən Uğrunda Tavuş" hərəkatının mitinqlərinə cəlb etməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə yaradılan sosial şəbəkə hesablarında ayrı-ayrı şəxsləri kütləvi etiraz aksiyalarında iştiraka təhrik etmək və bunun qarşılığında onlara müxtəlif məbləğlərdə vəsaitin verilməsi məsələləri müzakirə edilib.

Məlumatda həmçinin sözügedən paylaşımların mayın 25-dən iyunun 6-dək mütəmadi olaraq edildiyi, eləcə də bu məsələnin həm telefon danışıqları, həm də "Daşnaksütyun" partiyasının ofisindəki toplantılarda gündəmə gətirildiyi bildirilib.

Eyni zamanda, istintaqla müəyyən edilib ki, həmin tarixlərdə haqqında bəhs olunan partiyanın yerli təşkilatlarının rəhbərləri arasında insanların mitinqlərə gətirilməsinin təşkilinə dair müəyyən söhbətlər aparılıb.

--------- 12:03

Səhər saatlarında Ermənistanın müxtəlif şəhərlərində kütləvi həbs dalğası başlayıb.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə vəkil Ruben Melikyan məlumat verib.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Martuni, Qavar, Vanadzor, Ucan və İrəvanda etiraz hərəkatının tərəfdarlarını saxlayırlar.