Ermənistanda nazir istefa verdi
Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan istefa verib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, Kerobyan bu barədə özünün "Facebook" səhifəsində məlumat paylaşıb.
"Ermənistan Respublikasının hörmətli sakinləri! Belə alındı ki, mən artıq sizə iqtisadiyyat naziri vəzifəsində xidmət göstərməyəcəyəm. Bu üç ildən artıq müddət ərzində mən Ermənistanın hər bir sakininə qarşı sevgi dolu sarsılmaz sədaqətlə çalışdım", - o yazıb.
Qeyd edək ki, Ermənistanın güc strukturları İqtisadiyyat Nazirliyində korrupsiya faktı üzrə cinayət işi açıb və Kerobyanın müavinlərindən birini saxlayıblar. Daha sonra məhkəmə şübhəli şəxsi ev həbsinə göndərib. Kerobyan güc strukturlarının tədbirlərinə ictimai şəkildə narazılıq bildirib.