Ermənistanda polis bölməsinə hücum: Yaralılar var
Ermənistanın Kotayk vilayətində ötən gecə polis bölməsinə hücum olub.
meqale.com bildirir ki, bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 45-50 yaşlarında əcnəbi kişi polis bölməsinə gələrək atəş açıb. Atışma zamanı bir polis əməkdaşı və hücum edənin özü yaralanıb.