Ermənistandakı Aİ missiyası növbəti bazasını açdı
Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası bu gün Yeğeqnadzorda əməliyyat bazasını açıb.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Aİ missiyasının "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
Bildirilib ki, bu Ermənistandakı Aİ missiyasının açılan sonuncu bazasıdır.
Qeyd olunub ki, Aİ missiyanın rəhbəri Markus Ritter və Yeğeqnadzor merinin müavini yeni bazanın açılışında iştirak edib.