Ermənistanı Gürcüstanla birləşdirən yol nəzarətimizə keçdi
Delimitasiya ilə bağlı Ermənistanı Gürcüstanla birləşdirən yolun başqa yerə köçürülməsi problemi yaranır.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin ötən gün sərhəd komissiyalarının görüşündən sonra əldə edilən razılaşma haqda izahatında bildirilib.
Qeyd olunub ki, yolun köçürülməsi 2-3 aya həll olunacaq. Belə ki, H-26 avtomobil yolundan Açarkut və daha sonra Kirantsa gedən alternativ yol təmir olunacaq.