Ermənistanın dövlət borcu artacaq

Ermənistanın dövlət borcu 2024-cü ilin sonunda artaraq ümumdaxili məhsulun (ÜDM) 47 faizindən 48,4 faizinə çatacaq.

Ermənistanın dövlət borcu artacaq
Ermənistanın dövlət borcu 2024-cü ilin sonunda artaraq ümumdaxili məhsulun (ÜDM) 47 faizindən 48,4 faizinə çatacaq.

meqale.com Trend-ə istinadən xəbər verir ki, Ermənistan hökumətinin dövlət büdcəsinin məlumatları bunu təsdiqləyir.

Qeyd edək ki, Ermənistanın dövlət borcu 31 avqust 2023-cü il tarixinə 11 milyard 387 milyon dollara çatıb.

Ermənistanın Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust ayları ərzində Ermənistanın dövlət borcu 757,7 milyon dollar və ya 7,5 faiz artıb.

Ölkənin beynəlxalq təşkilatlar və xarici dövlətlər qarşısındakı xarici borcu isə dollar ifadəsində 194 milyon dollar artaraq, 6 milyard 88 milyon dollara çatıb.