Ermənistanın ən böyük bankı Vardanyanın əlindən çıxdı
"Bank of Georgia" sahibləri Ermənistanın ən böyük bankı - "Ameriabank"ın səhmlərinin 100 faizini aldıqlarını elan ediblər.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Məlumata görə, əməliyyatın həcmi 303,6 milyon dollar təşkil edir.
"Ameriabank"ın səhmdarları sırasında 48,82 faizlə "Imast Group" şirkəti (Ruben Vardanyanın təsis etdiyi keçmiş "Ameria Group"), 17,71 faizlə Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı (13,91%), eləcə də 12,05 faizlə ESPS Group (buraya bir sıra Ameria Group menecerləri daxildir) var idi.