"Ermənistanın Roma Statutuna qoşulması münasibətlərə yaxşı təsir göstərmir"
Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulması ikitərəfli münasibətlərə yaxşı şəkildə təsir göstərmir.
meqale.com APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu, İrəvanı Qərbin diktə etdiyi öhdəliklər, bir tərəfdən Beynəlxalq Cinayət Məhkəməsindən irəli gələn öhdəliklər, digər tərəfdən isə Avrasiya inteqrasiyası çərçivəsində Rusiya ilə dialoq kimi siyasi məsələlər arasında seçim etməyə məcbur edir.