Ərzurumda Paşayevanın anım mərasimi keçiriləcək
Türkiyə Dil və Ədəbiyyat Dərnəyinin (TDƏD) Ərzurum şöbəsi Şəhər və Mədəniyyət Araşdırmaları Dərnəyi ilə birlikdə mərhum millət vəkili Qənirə Paşayevanın anım mərasimini keçirəcək.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə TDƏD-in Ərzurum şöbəsinin rəhbəri Murad Ərtaş məlumat verib.
Oktyabrın 7-də TDƏD-in şöbə mərkəzində keçiriləcək anım mərasimində Qənirə Paşayevanın həyat və yaradıcılığı, fəaliyyəti və şeirlərindən bəhs olunacaq.
Ərtaş anım mərasiminə Qənirə Paşayevanı sevən və əsərlərini oxuyan hər kəsi dəvət etdiklərini bildirib.
meqale.com