Əsədin sarayından elə dərmanlar tapıldı ki...
Keçmiş prezident Bəşər Əsədin sarayını ələ keçirən suriyalı müxaliflər binalardan birində ruhi xəstəliklərə qarşı həblər tapıblar.
meqale.com xəbər verir ki, bu barədə Amerikanın "New York Times" qəzeti məlumat yayıb.
Tapılan dərmanlar arasında həkimlərin yuxusuzluq və narahatlıq pozğunluqlarını müalicə etmək üçün təyin etdiyi benzodiazepin də var.
Sarayda Əsədin öz tərcümeyi-halı və Rusiya Silahlı Qüvvələrinin tarixi də daxil olmaqla kitabları da tapılıb.