Əsgərin ölümünə görə həbsdə olan keçmiş polisdən təzə xəbər var

Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən Vaqif Novruzovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.   

meqale.com Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 26-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.