ETX-dən kibertəhlükəsizliklə bağlı - Xəbərdarlıq
Son vaxtlar müxtəlif internet resursları vasitəsilə vətəndaşlara xüsusi texniki üsullarla hazırlanmış və zərərverici ilə yoluxdurulmuş şəkil, video və digər formatlarda fayllar göndərilir.
meqale.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, vətəndaş həmin faylı yüklədikdən sonra faylın daxilindəki zərərli kod icra olunaraq, vətəndaşın cihazı zərərverici ilə yoluxdurulur. Nəticədə vətəndaşın fərdi məlumatları ələ keçirilir.