"Eurovision 2025"in ən çox dinlənilən MAHNILARI

Beynəlxalq "Avroviziya-2025" mahnı müsabiqəsi may ayında start götürəcək. 

Beynəlxalq "Avroviziya-2025" mahnı müsabiqəsi may ayında start götürəcək. 

meqale.com xəbər verir ki, bu ilki şouda 38 ölkə iştirak edəcək və onların əksəriyyəti artıq nümayəndələrini və mahnılarını elan edib.

Buna görə də hazırda Avroviziya azarkeşləri və bukmekerlər təkcə gələcək qalibə mərc etməklə kifayətlənmir, həm də iştirakçıların mahnılarını populyar axın platforması olan Spotify-da fəal şəkildə dinləyirlər.

Dinlənilmə sayına görə liderlik İsveçin KAJ qrupunun "Bara Bada Bastu" mahnısına məxsusdur. Bu mahnıya artıq bir milyondan çox dəfə qulaq asılıb.

İkinci yerdə İtaliyanı təmsil edən Lucio Corsinin "Volevo essere un duro" mahnısı qərarlaşıb. Bu mahnı 409 mindən çox dəfə dinlənilib.

Üçüncü yeri hollandiyalı müğənni Claude və onun "C'est La Vie" mahnısı tutur. Ona 267 mindən çox dəfə qulaq asılıb.