Ev almaq istəyirdilər - 35 minlərindən oldular - FOTO
Naxçıvanda 40-a yaxın şəxsi aldadaraq ümumilikdə 35000 manat vəsaiti ələ keçirən şəhər sakini, 37 yaşlı Mürsəl Nuriyev saxlanılıb.
Muxtar Respublikanın Daxili İşlər Nazirliyindən meqale.com-a verilən xəbərə görə, onun sosial şəbəkələrdə ev alqı-satqısı adı ilə səhifələr yaratdığı və mənzil almaq üçün ipoteka prosesində kömək edəcəyi vədi ilə vətəndşaları aldatdığı müəyyən edilib.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası DİN-in İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ Niyə avtomobilə premium benzin vurmamalısınız? - Ekspertlərin İZAHI Hansı yeməklər təkrar qızdırıldıqda əsl zəhərə çevrilir?
M.Nuriyevin əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə polis orqanlarına məlumat vermələri xahiş olunur.