Ev tikmək istəyənlərə PİS XƏBƏR - Bu tikinti materialları kəskin bahalaşdı
Hazırda tikinti bazarında bir çox materialların qiymətində bahalaşma müşahidə olunur. İlin əvvəlindən fərqli olaraq, qiymət artımı yay dövründə daha çox nəzərə çarpır. Ən çox bahalaşma kosmetik tikinti materiallarında (divar kağızı, müxtəlif boyalar, aqlay və s.) özünü göstərir. Satıcılar bunu müxtəlif səbəblərlə izah edirlər. Bəs görəsən, tikinti materiallarında nəzərə çarpan qiymət artımının başlıca səbəbləri nədir?
meqale.com xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, bahalığın səbəbi idxal və istehsal zamanı çəkilən xərclərin artımı ilə bağlıdır:
"Ümumiyyətlə bildiyiniz kimi, hər hansı bir xidmətin yekun qiyməti onun ərsəyə gəlməsində çəkilən xərclərin miqdarından asılıdır. Həmin məhsulun riyalizə edilməsində çəkilən xərclər çoxdursa, deməli yekun qiymət də ona uyğun və müvafiq olaraq yüksək olur. Son dövrlərdə həm daxili, həm də xarici faktorlara əsasən qiymətlərdə oynamalar müşahidə olunur. İstehsal olunan inşaat materialı yerli məhsuldursa, təbii ki, onların hamısının xam malı Azərbaycanda əldə olunmur. Kənardan gətirilir və idxal olunur. İdxal zamanı da qiymətlərdə müəyyən bahalaşmalar müşahidə olunur. Onun daşınmasında, saxlanmasında xeyli xərclər çəkilir". turbo az mercedes
Ekspertin fikrincə, daşınmalar zamanı çəkilən xərclərin qiyməti azalarsa, bu tikinti materiallarının qiymətinə də təsir edər: