“Evdə oturum, sosial yardım alım” anlayışına qarşıyıq - Sahil Babayev

Ünvanlı sosial yardımla bağlı bizə çox suallar olur. Biz insanların işləməməsinə imkan verməməliyik.

“Evdə oturum, sosial yardım alım” anlayışına qarşıyıq - Sahil Babayev
Ünvanlı sosial yardımla bağlı bizə çox suallar olur. Biz insanların işləməməsinə imkan verməməliyik.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Nazir qeyd edib ki, "evdə oturum, sosial yardım alım" anlayışına qarşıdır:

"Ünvanlı sosial yardımın yaranmasının məqsədi də ayrıdır. Dövlət o prinsipləri rəhbər tutur ki, işləyən insanların qazancı kifayət etməyəndə dövlət o fərqi ödəsin".