“Evdə tək”in aktyoru ilə bağlı qərar verildi
Məşhur "Evdə tək" filmində "Bazz Makkalister" obrazını canlandıran aktyor Devin Retrey özünü məişət zorakılığında təqsirli bilib.
meqale.com axşam.az-a istinadən xəbər verir ki, aktyor ədalətlə sövdələşərək şərti cəza müqabilində iki zorakılıq epizodunu etiraf edib.
O, növbəti üç il sınaq müddətində olacaq.
Bu müddət ərzində ondan təcavüzkarların islah proqramında iştirak etməsi tələb olunacaq. Aktyorun narkotik və alkoqol testindən keçməsi də tapşırılıb.
Bundan əlavə, Ratreyə zərərçəkmiş tərəfin məhkəmə xərclərini ödəmək tapşırılıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun