Evlənəcəkləri gözlənilirdi, ayrıldılar - FOTO

Eylül Keleş cütlüyü toy tarixini gözləyərkən ayrılmaq qərarına gəlib.

Evlənəcəkləri gözlənilirdi, ayrıldılar  - FOTO
Eylül Keleş cütlüyü toy tarixini gözləyərkən ayrılmaq qərarına gəlib.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir-birinin ardınca açıqlama verən cütlük münasibətlərini hörmətlə bitirdiklərini bildiriblər.

Məşhur fenomen Selin Ciğerci ilə iki dəfə evlənib boşanan Gökhan Çıra oktyabrın 5-də bir müddətdir sevgili olduğu Eylül Keleşlə nişanlanıb. Yaxın günlərdə evlənəcəyi gözlənilən cütlüyün yolları ayrılıb.

Eyni anda İnstaqram hesablarında paylaşım edən ikili ayrıldıqlarını açıqlayıb. Gökhan Çıra paylaşımında "Münasibətimlə bağlı davamlı olaraq bir şeylər yazılır. Burada toplu cavab vermək istədim, münasibətim bitdi. Buna hörmət etməyinizi xahiş edirəm" deyib. 

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun