“Evlərimizi hasarlayıblar” - “Melissa Group”dan növbəti şikayət

“Melissa Group” şirkəti Nərimanovdakı həyət evlərinin qarşısını qanunsuz şəkildə hasarlayıb.

“Evlərimizi hasarlayıblar” - “Melissa Group”dan növbəti şikayət

Şikayət edən sakin bildirib ki, “Melissa Group” şirkəti Nərimanov rayonu Nəsib bəy Yusifbəyli küçəsindəki həyət evlərinin bəzilərini alıb və söküntü işlərinə başlayıb. İddiaya görə, şirkət evini satmağa razı salmadığı sakinlərin qonşu divarlarını sökür:

“Bunu sakinlər evdə olduqları halda edirlər. Hər yer tozun-torpağın içindədir, həyətə giriş-çıxış mümkün deyil. Evlərin qarşısını da qanunsuz olaraq 2 ildir ki, hasarlayıblar. Nə gəlib, danışıq aparıb almırlar, nə də evin qarşısındakı hasarı sökmürlər”.

Şikayətin rəsmi nümayəndələrə yönəldiləcəyi və əlaqə saxlanılacağı qeyd olunsa da, geri dönüş edilməyib.