Paşinyan: "Sülh artıq reallığa çevrilib"

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycandan ölkəsinə neft məhsulları daşıyan qatarın gəlişini əks etdirən kadrları paylaşıb.

Paşinyan:
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycandan ölkəsinə neft məhsulları daşıyan qatarın gəlişini əks etdirən kadrları paylaşıb.

meqale.com oxuya istinadən xəbər verir ki, görüntülər Paşinyanın sosial media səhifəsində yer alıb.

"Sülh artıq reallığa çevrilib", - deyə o, videoya şərh yazıb.

Xatırladaq ki, təxminən 1 300 ton Azərbaycan istehsalı "Aİ-95" benzini daşıyan 22 sistern vaqondan ibarət qatar Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb. Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü kommersiya əsasında həyata keçirilib. meqale.com