Evliliklərinin ildönümünü qeyri-adi tərzdə qeyd etdilər - FOTOlar
Müğənni Tarkan həyat yoldaşı Pınar Dileklə bağlı diqqət çəkən paylaşım edib.
meqale.com bizim.media-ya istinadən bildirir ki, sənətçi xanımı ilə bərabər evliliklərinin səkkizinci ildönümünü qeyd edib.
Bu əlamətdar günü yaddaqalan etmək üçün cütlük İstanbulda yaxtada Boğaz turuna çıxıb. Bir-birinə sarılan "ər-arvad" selfilər və videolar çəkdiriblər. Tarkan həmin foto və görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Tarkan Tevetoğlu və Pınar Dilek 2016-cı ilin mayın 2-də ailə qurublar. Cütlüyün 2018-ci il iyulun 14-də qızları Liya dünyaya gəlib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun