Evsiz qalan milyonçunun uğur hekayəsi
O, 15 yaşında pilləkəndə yatmağa məcbur olub.
meqale.com lente istinadən bildirir ki, 49 yaşlı Simon Squibb məktəbi yarımçıq qoysa, gənc yaşlarında evsiz qalsa da, indi multimilyonçudur.
Britaniyalının dediyinə görə, o, ilk işini 15 yaşında pilləkəndə yatarkən və evsiz qalanda düşünüb. Belə çətin başlanğıca baxmayaraq, tam əminliklə demək olar ki, Simon istədiyi hər şeyə nail olub.
Naxçıvanda nazir vəzifəsindən azad olundu Onun ilk işi bağçılıq şirkəti olub. O, "Fluid" şirkətinin yarandığı Honq-Konqda 20 ilini keçirərək 70-dən çox şirkətə sərmayə qoyub.
Simon dünyanın ilk "Help2Earn" sisteminin yaradıcısıdır. Bu platforma insanlara biznesə necə başlamaq və miqyasını pulsuz öyrənməyə kömək edir, kömək edənlərə isə ödəniş edir. Simonun missiyası 10 milyon insana öz bizneslərini qurmağa və təhsil sistemini təkmilləşdirməyə kömək etməkdir".
Bundan əlavə, iş adamı 375 min izləyicisi olan "Instagram"da öz tövsiyələrini paylaşıb. Bu yaxınlarda isə əvvəllər tərk edilmiş 4 mərtəbəli binanın sahibi olub. Multimilyonçu onu pulsuz startap ofisinə çevirmək istəyir.