Əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının vaxtı açıqlandı

Əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının vaxtı açıqlanıb.

Əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının vaxtı açıqlandı
Əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının vaxtı açıqlanıb.

Bu barədə meqale.com-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Qeyd edilib ki, 14 aprel 2024-cü il tarixində aşağıdakı imtahanlar keçiriləcək:

- Əvvəlki illərin məzunları üçün I, II, III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik bazadan kolleclərə qəbul imtahanı

- Ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən XI sinif şagirdləri üçün əlavə imtahan

- Eksternat qaydasında buraxılış imtahanı

5 may 2024-cü il tarixində isə aşağıda qeyd olunan imtahanlar keçiriləcək:

- Əvvəlki illərin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanı

- Kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən IX sinif şagirdləri üçün əlavə imtahan

- Eksternat qaydasında buraxılış imtahanı