Əziz Orucova əlavə ittiham verildi

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucova əlavə ittiham elan olunub.

Əziz Orucova əlavə ittiham verildi
"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucova əlavə ittiham elan olunub.

meqale.com xəbər verir ki, bu barədə "Qafqazinfo"ya onun vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkil deyib ki, Ə.Orucova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham iraəli sürülüb.