Əzizli Sadiq Zaur oğlunun şəhadətindən 1 il ötdü
Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi,torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər.
meqale.com Trend-ə istinadən bildirir ki, sentyabrın 13-də şəhidin anım günü qeyd edilib. 2022-ci il sentyabr hadisələrində qəhrəmanlıq göstərən Əzizli Sadiq Zaur oğlunun şəhadətindən 1 il ötüb.
Əzizli Sadiq Zaur oğlu 13 mart 2003-cü ildə Bakı şəhərinin Qaradağ rayonunda anadan olmuşdur. 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. O, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində sıravi əsgər kimi hərbi xidmət edib. 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş verib.