Fabrikdə güclü yanğın: ölənlər var
Çinin şərqində tekstil fabrikində baş verən yanğında 7 nəfər ölüb.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə "Xinhua" agentliyi xəbər verib.
Məlumata əsasən, hadisə bazar ertəsi axşam saatlarında Vusi şəhərində (Şərqi Tsyansu əyaləti) baş verib. Yanğın söndürülüb.
Axtarış-xilasetmə əməliyyatlarının sonunda yanğın yerində 7 nəfərin cəsədi tapılıb. Yanğının səbəbi barədə məlumat verilməyib.