Fariz Əliyev ATV-dən gedir?

"Azad Azərbaycan" televiziyasının icraçı direktor müavini Fariz Əliyevin kanaldan gedəcəyi iddia olunur.

Fariz Əliyev ATV-dən gedir?
"Azad Azərbaycan" televiziyasının icraçı direktor müavini Fariz Əliyevin kanaldan gedəcəyi iddia olunur.

meqale.com bildirir ki, olay-ın əldə etdiyi məlumata görə, o, artıq layihə rəhbəri olduğu "7 tamam" proqramından da ayrılıb. Onun yerinə Nanə Ağamalıyeva keçib. Bu günlərdə verilən qərarla komandaya rəhbərliyi Nanə edəcək.

Diqqət çəkən digər məqam isə Fariz Əliyevin instaqramda iş yerinin ATV olduğunu göstərən mətni qaldırmasıdır.

Qeyd edək ki, F.Əliyev ATV-nin icraçı direktorunun yaradıcılıq məsələləri üzrə müavini vəzifəsinə 2022-ci ildə gətirilmişdi.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun