Fələstin-İsrail müharibəsi nefti bahalaşdırdı
Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda "Brent" və WTI markalı neftin qiymətləri 4% bahalaşıb.
meqale.com report-a istinadən xəbər verir ki, bunu ticarət platformalarının məlumatları sübut edir.
Londonun ICE birjasında "Brent" markalı dekabr fyuçerslərinin qiyməti 88,99 dollar/barelə çatıb, lakin Bakı vaxtı ilə saat 6:39-da 87,98 dollar (+4,02%) olub. Nyu-Yorkun əmtəə birjasında WTI neftinin qiyməti 86,35 dollar (+4,3%) təşkil edir.
"ANZ Group"un ekspertləri deyirlər ki, bazarlar üçün əsas məsələ münaqişənin indiki ərazilərdə qalacağı və ya digər bölgələrə, xüsusən də Səudiyyə Ərəbistanına yayılacağıdır. ABŞ və İranın münaqişəyə girməsi ilə bağlı narahatlıqlar da artır.