Fələstində 3 günlük matəm elan edildi
Xəbər verdiyimiz kimi, İsrailin atdığı raketlərdən biri Qəzza zolağında xəstəxanaya düşüb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Fələstin Prezidenti Mahmud Abbas xəstəxanaya hücumdan sonra ölkədə 3 günlük matəm elan edib.
Qeyd edək ki, Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra hadisə nəticəsində azı 500 nəfərin öldüyünü açıqlayıb.