Fələstinli Bella Hadid karyerasını itirməklə üz-üzə - "Karyeram bitsə belə..." FOTO
Məşhur fələstinli model Bella Hadid Fələstinə dəstək üçün diqqətçəkən paylaşım edib.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fələstin əsilli məşhur model Bella Hadid münaqişələrlə bağlı öz səssizliyini pozub:
"Karyeram dayansa belə, Fələstini dəstəkləməyi heç vaxt dayandırmayacağam. Modellik işlərimi itirməkdən qorxmuram və Fələstinlə bağlı səsimi ucaltmağa davam edəcəyəm. İsrailin baş naziri Netanyahu yeni Hitlerdir! 2,5 milyon fələstinli üçün yeni qəbiristanlıq yaratmaqdan ötrü çalışırlar. Əgər İsrail savaşı dayandırsa sülh olacaq, amma Fələstin savaşı dayandırsa Fələstin yox olacaq " dedi.