“Fənər”i lider edən qələbə

Türkiyə Superliqasında 26-cı turun 3 oyunu keçirilib.

“Fənər”i lider edən qələbə
Türkiyə Superliqasında 26-cı turun 3 oyunu keçirilib.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bu matçlarda qapılara 10 top vurulub.

"Fənərbaxça" səfərdə "Rizəspor"a qalib gəlib. İlk qolu meydan sahibləri vursalar da, "sarı lacivərdlilər" geridönüş edə biliblər. Bu qələbədən sonra "Fənər" lider olub. Onlar ehtiyatda 1 oyunu olan "Qalatasaray"ı 1 xal qabaqlayır. Komandanın hesabında 67 xal var.

"Antalyaspor" öz meydanında autsayderi məğlub edə bilməyib. 2:0 hesabı ilə önə keçən antalyalılar sonda 1 xala razı olublar.