"Fənərbağça" 11 milyona müdafiəçi aldı

"Fənərbağça" qışda ilk transferini gerçəkləşdirib.

"Fənərbağça" qışda ilk transferini gerçəkləşdirib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, İstanbul klubu Dieqo Karlosla anlaşdığını açıqlayıb.

Braziliyalı müdafiəçi gecə saatlarında Türkiyəyə gələcək. Bu transfer "Fənərbağça"ya 11 milyon avroya başa gəlib. İstanbullar bu məbləği "Aston Villa"nın hesabına 4 mərhələdə köçürəcək.

Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsümdə 11 oyunda meydana çıxıb.